Tarix : 2022 Feb 22
Kod 62281

Putin Paşinyanı Rusiyaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

“Arannews :Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
“Hər iki tərəf Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların vacibliyi vurğulanıb”, - deyə Kremlin məlumatında bildirilir.
Söhbət zamanı regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar edilməsi səyləri ilə bağlı bəzi digər məsələlərə də toxunulub.
Putin Ermənistanın baş nazirini Rusiyaya rəsmi səfərə dəvət edib.
Ermənistan tərəfinin dəvəti qəbul etdiyi bildirilir.
Öz növbəsində, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Putini İrəvana səfərə dəvət edib.
Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, Putinlə Paşinyan Rusiya-Ukrayna münasibətlərindəki vəziyyəti, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

  • Yazılıb
  • da (də) 2022 Feb 22
  • Göndərən جهان کمالی