Tarix : 2022 Feb 23
Kod 62284

Azərbaycan prezidenti Rusiyanın Cənubi Qafqaz siyasətini alqışlayıb

Prezident Əliyev Rusiyanın Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynadığını və hazırda Ermənistanla münasibətlərin normallaşmasında aparıcı rol oynamasını yüksək qiymətləndirib.

Arannews :Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 22-də Rusiya dövlətinin başçısı ilə görüşüb.
Görüşdə prezident İ.Əliyev rəsmi Moskvanın Cənubi Qafqaz siyasətindən məmnun qaldığını ifadə edib. "Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında çox mühüm rol oynadı. İndi də Ermənistanla münasibətlərin normallaşmasında çox mühüm, hətta deyərdim ki, aparıcı rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk və ümid edirik ki, Ermənistan tərəfi də bizim kimi imzalanmış sazişlərin bəndlərini icra edəcək", - deyə Azərbaycanın dövlət başçısı qeyd edib. 
Budəfəki səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Azərbaycan prezidenti həmçinin deyib : "Mən prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayırıq".
Kremlin az əvvəl yaydığı bəyanata əsasən İlham Əliyevlə görüşü açan Rusiya prezidenti Vladimir Putin də bildirib: "Bizim ikitərəfli münasibətlərimizdə mühüm hadisənin-diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində müttəfiqlik münasibətləri barədə birgə Bəyannamə imzalayırıq. Bu, tamamilə aydındır ki, münasibətlərimizin yeni inkişaf mərhələsidir və şübhəsiz ki, bu sona qədər nizamlanmamış, amma həllində irəliləyiş əldə olunmuş məsələdə-Qarabağ nizamlanması məsələsində əldə edilmiş nailiyyətdən sonra mümkün oldu". 
Putin sonra ölkəsinin Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlı olduğunu bildirib və deyib ki, bunda təkcə Azərbaycan və Ermənistan yox, Rusiya da maraqlıdır.

  • Yazılıb
  • da (də) 2022 Feb 23
  • Göndərən جهان کمالی