Tarix : 2022 Feb 24
Kod 62288

İran, Rusiya və Azərbaycan enerji əməkdaşlığının inkişafını vurğulayırlar

Elektrik enerjisində regionun ən güclü ölkələri olan İran, Rusiya və Azərbaycanın enerji nazirləri enerji sektorunda regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Arannews : Çərşənbə axşamı Qətərin paytaxtı Dohada Qaz İxrac Edən Ölkələr Forumunun VI Sammiti çərçivəsində İran, Rusiya və Azərbaycanın energetika nazirləri Əli Əkbər Mehrabian, Nikolay Şulqinov və Pərviz Şahbazov arasında tarixi görüş keçirilib.

Bu səmimi görüşdə, hər üç energetika naziri elektrik enerjisi sahəsində regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və bunun regionun enerji təhlükəsizliyinə və enerji iqtisadiyyatına əhəmiyyətli təsirini vurğulayıblar.

Onlar İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması və qoşulması layihəsini nəzərdən keçirib, araşdırma mərhələlərinin tez bir zamanda başa çatdırılması və həyata keçirilməsinin və sonradan istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian Energetika Nazirliyinin layihəni dəstəkləməyə və həyata keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması imkanları sahəsində regionda ən güclü dövlətlərdən biri olaraq, eləcə də kənd və şəhərlərə elektrik enerjisi təchizatı üzrə mükəmməl beynəlxalq göstəricilər malik olan bir ölkə kimi bu layihəni öz prioritetlərindən hesab edir. O vurğulayıb ki, İran bu layihəni təkcə qonşu ölkələrlə deyil, həm də region ölkələri, xüsusən də Rusiya ilə elektrik enerjisi mübadiləsinin genişləndirilməsi üçün vacib hesab edir.

Rusiyanın energetika naziri Nikolay Şulqinov da bu məsələnin əhəmiyyətini vurğulayaraq, layihənin məsləhətçisini iqtisadi-texniki və ekoloji araşdırmalarının aparılmasında daha dəqiq olmağa çağırılıb və üç ölkənin elektrik şəbəkələrinin əlaqələndirilməsinin həyata keçirilməsi üçün bu araşdırma prosesinin dəqiqliyinin və sürətləndirilməsinin vacibliyi qeyd edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov da layihəyə hərtərəfli dəstəyi vurğulayaraq, Azərbaycanın layihənin optimal şəkildə həyata keçirilməsi üçün müvafiq obyektlərə investisiya qoymağa hazır olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, hazırkı layihə üç ölkənin elektrik şəbəkələrinin etibarlılığını artırmaqla yanaşı, uzunmüddətli perspektivdə regionun enerji təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir.

Üç nazir layihənin tədqiqatlarının nəticələrini nəzərdən keçirmək üçün gələn həftə keçiriləcək iclasda iştirak etməyə tam hazır olacaqlarını vurğulayıblar.

Qonşular, həmçinin region ölkələri və dost ölkələrlə əlaqələrin inkişafı İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi hökumətinin xarici siyasətinin əsas prioritetidir. Coğrafi mövqeyinə görə İranın qonşuluğunda 15 ölkə var və onun qonşuları və region ölkələri ilə əlaqələrində bütün iqtisadi, ticarət, sənaye, mədəni və turizm imkanlarının işə salınması ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına gətirib çıxaracaq və bunun reallaşması regional sülh və təhlükəsizliyin xeyrinədir.

  • Yazılıb
  • da (də) 2022 Feb 24
  • Göndərən جهان کمالی