Ölkəmizin Prezidenti Rusiya Prezidenti ilə telefon danışığında vurğuladı: NATO-nun genişlənməsi müstəqil ölkələrin sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir.
Arannews : fars xəbər agentliyinə istinad edərək bildirir ki,Ölkəmizin prezidenti Ayətullah Seyid İbrahim Rəisi Rusiya prezidenti ilə telefon danışığında NATO-nun şərqə doğru genişlənməsini gərginliyə səbəb olduğunu bildirib.
Rəisi nüvə müzakirələrinə toxunaraq deyib ki, İran İslam Respublikası qalarğı razılaşma əldə etmək istəyir və Etibarlı zəmanətin təmin edilməsi, siyasi iddialara son qoyulması və sanksiyaların faktiki olaraq ləğv edilməsi davamlı razılığın əldə olunması üçün ilkin şərtlərdir.
Rusiya prezidentidə bu telefon danışığında mövcud vəziyyəti təhlükəsizlik müqavilələrinin onilliklər ərzində pozulmasına və Qərbin ölkəsinin təhlükəsizliyini pozmaq cəhdlərinə legitim cavab adlandırıb.
Putin İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə fəal əməkdaşlığına toxunaraq, nüvə müzakirələri ilə bağlı iki tərəf arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.