Tarix : 2022 Feb 27
Kod 62295

Əmir Abdullahian: Danışıqlarda qalan məsələlər Qərb tərəfinin yanaşması ilə həll oluna bilər

İranın xarici işlər naziri Aİ-nin xarici siyasət idarəsinin rəhbəri ilə telefon danışığında bildirib ki, Qərbin real yanaşması ilə qalmış bir sıra önəmli məsələlərin həlli və yekun razılaşmanın əldə olunanması mümkündür.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Aİ-nin xarici siyasət və Vyana danışıqlarının baş əlaqələndiricisi Cozef Borrell ilə telefon danışığında onun və Aİ-nin baş müzakirəçisi Enrike Mouranın səylərini yüksək qiymətləndirərək, vurğulayıb ki, İslam Respublikasının qəti seçim qırmızı xətlərini keçməməkdir.
Əmir Abdullahian İran İslam Respublikasının yaxşı razılığa gəlməyə hazır olmasına toxunaraq, qarşı tərəfin siyasi qərar verməsinin vacibliyini vurğulayaraq əlavə edib: İran milli maraqlar və öz qırmızı xətləri çərçivəsində yaxşı razılaşma ardıncadır.
Vyana danışıqlarındakı son hadisələri nəzərdən keçirən Aİ-nin xarici siyasət rəhbəri  Vyana danışıqlarının həssas mərhələyə çatdığını və hamıdan ciddi qərarlar tələb etdiyini bildirib.

  • Yazılıb
  • da (də) 2022 Feb 27
  • Göndərən جهان کمالی