Tarix : 2022 Feb 27
Kod 62298

Bu gün İmam Museyi-Kazimin şəhadət günüdür

Bu gün, fevralın 27-si yeddinci İmam Museyi-Kazımın (ə.s) şəhadət günüdür. İmam Musa hicrətin 128-ci ilində (745-ci il) səfər ayının 7-si Məkkə və Mədində arasında, Əbva adlı yerdə dünyaya gəlib.

Arannews :Həzrətin (ə.s) imamət dövrü dörd Abbasi xəlifənin hakimiyyəti zamanına düşmüşdü. Bunlar Mənsur Dəvaniqi, Məhəmməd, Musa və Harun ər-Rəşiddir. Abbasilər özlərini zahirən Əhli Beyti (ə.s) sevənlər kimi aparır, onlara hörmət bəslədiklərini deyirdilər. Lakin Harun ər-Rəşid camaatın İmama qarşı olan məhəbbətindən narahat idi. O bilirdi ki, insanlar xums və zəkətı (dini vergilər) Əhli Beytə (ə.s) ödəyirdilər. Bu səbəbdən xəlifə Həzrəti Musanı (ə.s) Mədinədən Bəsrəyə göndərib və həbs etdirib.

Bəsrə zindanında İmam (ə.s) öz əxlaqı ilə şəhər valisini elə təsirləndirmişdi ki, o, xəlifənin İmamı öldürmək qərarına qarşı çıxmışdı. Bu səbəbdən Həzrəti Bağdada köçürdülər. Lakin orada da eyni hadisə baş verdi. Yalnız üçüncü dəfə Sind adlı zindan rəhbəri xəlifənin əmri ilə İmamı zəhərləməyə razı oldu və onu şəhadətə çatdırdı.

Həzrəti Musa ibn Cəfər (ə.s) hicrətin 183-cü ilində (miladi 799) rəcəb ayının 25-də şəhid edilib. Onu İraqın Kazımeyn şəhərində dəfn ediblər. Bu gün İmamın məzarı milyonlarla insanın ziyarət ocağına çevrilib.

  • Yazılıb
  • da (də) 2022 Feb 27
  • Göndərən جهان کمالی