Tarix : 2022 Feb 28
Kod 62301

Azərbaycanlılar atəşə tutulub, üç nəfər ölüb

Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların maşın karvanı atəşə tutulub.

Arannews - APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə olub.
Məlumata görə, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən azərbaycanlıların olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 Azərbaycan Respublikası vətəndaşı həlak olub.
Qeyd edək ki, Ukraynadakı azərbaycanlılar rəsmi Bakını vaxtlı-vaxtında azərbaycanlıların Ukraynadan təxliyə edilməsində səhlənkarlığa yol verməkdə ittiham edirlər.

  • Yazılıb
  • da (də) 2022 Feb 28
  • Göndərən جهان کمالی