Tarix : 2022 Feb 28
Kod 62302

Rusiyanın Ukraynada hərbi əməliyyatına qısa baxış

Rusiya öz ətrafına, xüsusən də qərb sərhədlərinə çox həssasdır. NATO-nun şərqə doğru irəliləməsinin və Rusiyanın qərb sərhədlərində yerləşməsinin qarşısını almaq, postsovet dövründə Rusiya xarici siyasətinin milli təhlükəsizlik doktrinalarının və prinsiplərinin prioritet və mühüm müddəalarından biridir.
AranNews - Ukrayna ətrafında münaqişə və Rusiyanın bu ölkədəki hərbi əməliyyatları dünyanın siyasi dairələrinin və KİV-lərinin diqqət mərkəzindədir. Son günlər Rusiya prezidenti Ukraynanın şərqindəki Donetsk və Luqanskın müstəqilliyinin tanınması haqqında fərman imzalamaqla yanaşı, Ukraynanın hərbi baza və mərkəzlərini də hədəfə alıb. Bu əməliyyat nəticəsində onlarla hərbi baza məhv edilib və Ukrayna faktiki olaraq müharibədən əziyyət çəkən bir ölkəyə çevrilib.
Rusiyanın ABŞ, NATO və Avropa ölkələrilə  Ukrayna ilə bağlı münaqişəsinə gəlincə, aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:
1. Rusiya öz ətrafına, xüsusən də qərb sərhədlərinə çox həssasdır. NATO-nun şərqə doğru irəliləməsinin və Rusiyanın qərb sərhədlərində yerləşməsinin qarşısını almaq, postsovet dövründə Rusiya xarici siyasətinin milli təhlükəsizlik doktrinalarının və prinsiplərinin prioritet və mühüm müddəalarından biridir.
Son günlərdə Putin Almaniya kansleri ilə görüşündə də açıq şəkildə bəyan etdi: “Bizim tələbimiz budur ki, NATO şərqə doğru genişlənməsin və hücum silahlarını Rusiya sərhədlərinə yerləşdirməsin”. Bu nöqteyi-nəzərdən NATO-nun Rusiyanın qərb sərhədlərində vəziyyəti gərginləşdirici hərəkətləri Ukrayna böhranını gücləndirən əsas amillərdən biri hesab edilməlidir. Putin üçün “prinsip” nəyin bahasına olursa olsun, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqdır.
2. ABŞ, Rusiyanın öz sərhədləri yaxınlığında NATO-nun mövcudluğuna qarşı real həssaslığından xəbəri olduğu halda, illərdir NATO-nu Rusiyanın qərb sərhədlərinə qədər genişləndirməyə çalışır. Fakt budur ki, Ağ Ev NATO-nun şərqə doğru genişlənməsindən rusları narahat etmək üçün ucuz alət kimi istifadə edir. Ona görə də təbii ki, Moskva təhlükəsizlik qırmızı xətlərinin pozulması qarşısında sakit durmayacaq. Xüsusilə də, Putinin NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq istədiyi bir vaxtda.
3. Rusiya rəsmiləri bundan əvvəl Ukraynaya gözlənilən hərbi hücum ilə bağlı hər hansı xəbəri şiddətlə təkzib etsələr də, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya hərbi hücuma hazırlaşdığını israr edirdi. Sonda bu hadisə baş verdi, ancaq “hərbi hücum” deyil, “hərbi əməliyyat” şəklində.
Rusiyanın Ukraynaya hücumu mövzusunda Amerikanın mühüm maraqları vardır! Amerika bu məsələdə çox zirəkliklə oyun oynayır. Bu hücumunda ABŞ-ın qazandığı Rusiyanın qazandıqlarından qat-qat artıqdır.
4. ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatını Rusiya üçün baha başa gələn prosesə çevirməyə çalışır. ABŞ rəsmiləri və strateqləri hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı Moskvaya qarşı beynəlxalq səviyyədə mənfi və müsbət reaksiyalar yaratmaq üçün yaxşı fürsətdir. ABŞ-ın fikrincə, istənilən hərbi zərbə ilə Rusiya Ukraynada qısa müddətdə nailiyyətlər əldə edə bilər, amma orta və uzunmüddətli perspektivdə Rusiya bir tərəfdən hərbi alətlərinin zəifləməsi, digər tərəfdən isə beynəlxalq sanksiyaların güclənməsi səbəbindən praktiki olaraq Ukrayna bataqlığına batacaq.
5. Rusiyanın Ukraynadakı hərbi əməliyyatından əvvəl Avropa ölkələri arasında Rusiya ilə bağlı çoxsaylı fikir ayrılıqları mövcud idi ki, bəzən Avropada Rusiya ilə bağlı mövzularda çata səbəb olurdu. Amma Rusiyanın əməliyyata başlaması bütün Avropa ölkələrini müvəqqəti və zahirən də olsa, Rusiya ilə qarşıdurma xəttinə qoydu. Bu məsələ Amerika və İngiltərə üçün yaxşı fürsət sayılır.
6. Ukrayna münaqişəsi ilə bağlı diqqəti çəkən digər məsələ də, ABŞ və qərb ölkələrinin Ukraynaya xəyanət etməsidir. Ukrayna bugün və Rusiya ilə cəbhədə faktiki olaraq tək qalıb, regional və beynəlxalq səviyyədə heç bir dəstəkçisi yoxdur. Bu ölkənin ictimaiyyəti, siyasi elitləri və hökumət rəsmiləri yaxşı bilməlidirlər ki, ABŞ Ukraynaya oyun kartı və alət kimi baxır.
7. Ağ Ev Ukraynanı Rusiya ilə güc uğrunda diqqətli beynəlxalq rəqabətə görə yandırdı. Rusiyaya qarşı sanksiyalar tətbiq etmək hazırda Amerika masasında Moskvanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxmaq üçün ən vacib variantdır. Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi Rusiyaya zərər verməklə yanaşı, Avropa İttifaqına da zərər verəcək. Bu gün Avropa ölkələrinin enerjisinin 40 faizindən çoxu Rusiyadan təmin olunur. “Nord Stream 2” boru kəmərinin ləğvi Almaniya üçün böyük itki olacaq və Avropanın böyük iqtisadi gücü sayılan bu ölkəni zəifləndirəcək. Bu, NATO-ya daxil olmağa tələsən bütün ölkələr üçün böyük ibrət dərsi olacaq. Amerika, hətta avropalı müttəfiqlərinə də xəyanət edir.
Bugün Ukraynada baş verənlər, orta və uzunmüddətli perspektivdə Rusiya üçün əhəmiyyətli siyasi, təhlükəsizlik, hərbi və diplomatik problemlər yaratsa da, bütün bunların kökünü ABŞ-ın Rusiya ətrafında və beynəlxalq düzümdə işğalçılıq  strategiyalarında axtarmaq lazımdır. ABŞ NATO-nu şərqə doğru genişlənməyə davamlı təhrikləri və Şərqi Avropa ölkələrini hərbiləşdirmə səyləri ilə Ukraynada baş verənlərin hamısına görə məsuliyyət daşıyır.

 
  • Yazılıb
  • da (də) 2022 Feb 28
  • Göndərən جهان کمالی