Türkiyə hökumətinin uzun illər xarici siyasətində görünən açıq paradokslardan biri də sionist rejimilə əlaqələrin genişləndirilməsi səyləri ilə paralel olaraq Fələstin xalqının istəklərini dəstəklədiyini iddia etməsidir. Bu məsələ Türkiyə hökumətinə qarşı Fələstin xalqının narahatlığına və incikliyinə səbəb olmaqla yanaşı, həm də bölgənin və İslam dünyasının ictimai rəyində Ankaranın Fələstinə dəstək yanaşmasına qarşı suallar doğurub!
AranNews “Onlayn Strateji Şurası”-nda dərc edilmiş təhlili təqdim edir:
Ərdoğanın bu yaxınlarda sionist rejimilə ikitərəfli siyasi əlaqələrin bərpa edilməsinə və bu rejimin prezidentinin Ankaraya səfərinə maraq ifadə etməsindən sonra Türkiyə-sionist siyasi münasibətləri daha da istiləşib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da son 13 ildə ilk dəfə İsrailin xarici işlər naziri Yair Lapidlə telefonla danışıb.
Türkiyə ilə sionist rejimi arasında son 12 ildə siyasi və diplomatik əlaqələr kəsilsə də ticarət, iqtisadi, hətta hərbi-kəşfiyyat və turizm sahələrində əməkdaşlıq mövcud idi.
Hal-hazırda Türkiyə hökuməti ikitərəfli münasibətləri bərpa etmək cəhdi ilə yanaşı, normal diplomatik münasibətlərdən kənar əlaqələr qurmağa çalışır. Ərdoğan sionist rejiminin təbii qazını Türkiyədən Avropaya nəql etmək üçün Ankara və Təl-Əvivin birgə işləməsini təklif edib! Sionist rejimi və Türkiyə arasında qaz kəməri ilə bağlı danışıqlar 2016-cı ildə başlayıb, lakin hələ də istənilən nəticə əldə edilməyib.
Türkiyə hökuməti sionist rejimilə siyasi əlaqələri bərpa etməyə çalışdığı bir vaxtda sionist rejiminin prezidenti İshaq Hersoqun sözçüsü diqqəti çəkən bir bəyanatla çıxış edərək deyib: “Biz Türkiyə ilə çox diqqətlə, çox yavaş irəliləyəcəyik. Biz özümüzü bir növ paklığa, saflığa bağlamamalıyıq.”
İkitərəfli münasibətlərin bərpa edilməsində digər mühüm məqam ondan ibarətdir ki, bu məsələdə təşəbbüskar tərəf Türkiyə hökumətidir. Türkiyə hətta Fələstin məsələsini ikitərəfli münasibətlərin bərpasından çıxarıb. Bunu nəzərə alsaq, Hersoqun sözçüsünün açıqlaması tamamilə təbiidir. Çünki son illərdə bəzi ərəb ölkələri ilə gizli və aşkar əlaqələr qurmuş sionist rejiminin keçmişdəki kimi strateji baxımdan artıq Türkiyəyə ehtiyacı yoxdur. Türkiyə sionist rejimilə iqtisadi və bəlkə də strateji ortaqlıq axtarsa da, Təl-Əvivdə belə bir yanaşma görünmür. Təl-Əviv üçün münasibətləri normal səviyyədə bərpa etmək kifayətdir.
Sionist rejimilə münasibətləri yaxşılaşdırmaqda Türkiyənin məqsədləri
İqtisadiyyat, Türkiyənin Təl-Əvivlə xarici əlaqələrini bərpa etmək üçün əsas komponentidir. Son aylar Türkiyədə iqtisadi göstəricilər heç də ürəkaçan olmayıb və bu ölkədə inflyasiya 50 faizdən çox olub. Halbuki, türk xalqının iqtisadi problemlər qarşısında dözümlülük həddi aşağıdır. Buna görə də Türkiyə hökuməti sionist rejimilə ikitərəfli əlaqələri bərpa etmək və bunun nəticəsində sionist rejimilə iqtisadi və xarici ticarət əməkdaşlığını genişləndirmək istəyir. Trampın 4 illik prezidentlik dövrü Ərdoğan administrasiyası üçün böyük fürsət oldu. Belə ki, iki ölkə arasında münasibətlər əksər məsələlərdə rəsmi müstəvidən kənara çıxaraq ailə-ticarət münasibətləri səviyyəsinə yüksəlmişdi. Lakin Baydenin hakimiyyətə gəlməsi ilə bu dörd illik bal ayı başa çatdı.
Tramp dövründən fərqli olaraq, Bayden komandası nəinki Türkiyə hökumətinə az diqqət yetirir, hətta Ağ Ev Ankaranın daxili və xarici siyasətinin ciddi tənqidçisinə çevrilib. Buna görə də, Türkiyə hökuməti sionist rejimilə xarici əlaqələri bərpa etmək yolu ilə hakimiyyətdə qalmaq üçün AKP-yə sionist-amerikan lobbisinin dəstəyini axtarır. Sionist rejimi həm də Türkiyə ilə siyasi əlaqələrin yenidən qurulmasında mühüm məqsədlər güdür və bu da Türkiyənin regional və beynəlxalq mövqeyi ilə bağlıdır. Birincisi, Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mühüm üzvüdür. İkincisi, İran və Səudiyyə Ərəbistanı ilə yanaşı, üç böyük regional gücdən biridir. Bundan əlavə, sionist rejimi Türkiyəni İran İslam Respublikasının Suriyadakı təsirinə qarşı möhkəm qala hesab edir.
Nəticə
Türkiyə sionist rejimilə siyasi əlaqələrin bərpası prosesinə Fələstinin öz sabit mövcudluğunu qoruyub saxladığı bir vaxtda başlayıb. Fələstin xalqının sionist rejimilə mübarizə və müqəddəs Qüdsü azad etmək prinsiplərində heç bir dəyişiklik olmayıb və güzəştə getmək görünmür. Bu arada Fələstin hələ də İslam dünyasının bir nömrəli məsələsidir və Türkiyə İslam aləminin ən böyük, mühüm və təsirli ölkələrindən biridir.
2021-ci ildə keçirilən “Ərəb Gənclərinin Qiymətləndirilməsi” illik sorğusunun nəticələrinə görə, müsəlman və ərəb gənclərinin təxminən 88%-i sionist rejimini özlərinin düşməni hesab edir və inanırlar ki, bəzi ərəb ölkələrinin Təl-Əvivlə münasibətləri normallaşdırması bu rejimin işğalçılığına kölgə sala bilməyib!
Belə bir şəraitdə Ankaranın Təl-Əvivə dostluq əli usatması Türkiyə hökumətinə biabırçılıq, Ərdoğanın gələcəyinə və siyasi sərmayəsinə böyük zərbə və AKP-nin mövqelərinin getdikcə zəifləməsindən başqa bir şey kimi şərh olunmur. Eyni zamanda, Ərdoğan hökuməti və onun partiyası İslam və regional ictimai rəydə etibar, nüfuz və siyasi simasının azalması ilə üzləşəcək.
Sonda
Türkiyənin problemləri və iqtisadi böhranı müvəqqəti xarakter daşıyır və bunları Təl-Əvivlə siyasi münasibətləri normallaşdırmağa ehtiyacı olmadan daxili və regional tədbirlərlə aradan qaldırmaq olar. Türkiyə hökumətinin iqtisadi problemləri aradan qaldırmaq, hətta qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün çətin və xərc aparan yol seçməsi – özü də Türkiyənin daxilində də İslam və ərəb ictimai rəyində anti-sionist əhval-ruhiyyənin gücləndiyi bir vaxtda, Ankara üçün heç də yaxşı perspektiv vəd etməyəcək.
Bərsam Məhəmmədi