Tarix : 2022 Mar 02
Kod 62305

Ukrayna Amerikanın siyasətlərinin qurbanıdır

İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki, İran İslam Respublikası Ukraynada müharibənin dayandırılmasını istəyir və Ukrayna da Amerikanın siyasətlərinin qurbanıdır.

Arannews :Həzrət Ayətullahuluzma Xamenei bu gün Məbəs bayramının ildönümü günündə bir televiziya çıxışında əlavə ediblər: Amerika rejimi modern cahilliyin tam nümunəsidir. Bu rejim böhran yaradan və böhranda yaşayan bir rejimdir və dünyada böhran yaratmaq yolu ilə mənfəət əldə edir.
O həzrət buyurublar: Amerika Ukrayna məsələlərinə daxil olmaq, nümayişlər təşkil və rəngli çevriliş etməklə bu ölkənin sabitliyini pozdu.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Müasir dünyadakı bütün şeylər xarici şirkətlər və kartellərin piylənmələri üçündür. Həmçinin elmdən adamların qırğın edilmələri üçün istifadə edilir. Bir yerdə, bu elmdən istifadə ilə insanların həyatını xilas edən vaksinlər düzəldirlər, başqa bir yerdə isə silah düzəltmək üçün ondan istifadə edirlər ki, bu da həmin xilas olmuş şəxslərin onlarla qatı qədərini aradan götürür.
Həzrət Ayətullahuluzma Xamenei öz çıxışlarının digər bir hissəsində buyurublar: Məbəs günü və məbəs gecəsi elə gecə-gündüzdürlər ki, onlardan təbir edilmiş varlıq aləminin ən böyük hədiyyəsi, məbəs gecəsi duasında, Allah-Taalanın ən üstün bəndəsi, böyüklüyün təzahürü- İslamın möhtərəm peyğəmbərinə və əslində bütün bəşəriyyətə əta edildi. Əgər biz islami dəyərlər silsiləsi arasında təkcə iki dəyəri, yəni aqilliyin yayılması və əxlaqın tərbiyə edilməsi amillərini nəzərə alsaq, təsdiq etmiş olacağıq ki, İslam, ən yüksək hədiyyəni və səadət vasitəsini bəşəriyyətə əta edibdir.

  • Yazılıb
  • da (də) 2022 Mar 02
  • Göndərən جهان کمالی