Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır.
“Arannews :Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır”, – Ukrayna Prezidenti bildirib.
Eyni zamanda, Zelenski Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı cavab verməyib. O, jurnalistin Rusiya tərəfinin danışıqlara hazır olub-olmaması və bu görüşlərin məhsuldar olub-olmayacağı ilə bağlı sualını “Baxarıq” – deyə cavablandırıb.
Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”, – Ukrayna lideri vurğulayıb.