Tarix : 2022 Mar 02
Kod 62310

Marneuli İmam Əli (ə) məscidində dəyərli ustad Mehdi Aksunun Möminlərlər görüşü oldu

Marneuli İmam Əli (ə) məscidində Şam və İşa namazlarından sonra dəyərli ustad Mehdi Aksunun Möminlərlər görüşü oldu.

Arannews:Gürcüstan Əhli Beyt (ə.s) ardıcılları Məbəs bayramını qeyd edib. Tədbirdə türkiyəli ilahiyyatçi Mehdi Aksu iştirak edib. Bu barədə martın 2-də alim öz hesabında paylaşım edib.
Din xadimi ilk öncə Marneuli şəhərinin İmam Hüseyn (ə.s) məscidində mədrəsə tələbələri ilə görüş keçirib. Bayram tədbiri isə Gülbahar Şadlıq Sarayında təşkil olunub. Məclis qari Rza Cəfərinin Quran tilavəti ilə başlayıb. Orada, həmçinin yerli ruhanilər, dindarlar və ictimai xadimlər iştirak edib.
Bayram tədbiri Marneulinin İmam Əli (ə.s) məscidində davam edib. Türkiyəli alim Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilməsi haqqında çıxışlar edib.
Dünən, rəcəb ayının 27-si (1 mart) dünya müsəlmanları Məbəs bayramını qeyd ediblər. Məbəs Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Azərbaycanda da bir sıra məscidlərdə bayram tədbirləri keçirilib, yerli ruhanilər İslam dininin yaranması haqda xütbələr edib, peyğəmbərin (s) şəninə mədhiyyələr oxunub.

  • Yazılıb
  • da (də) 2022 Mar 02
  • Göndərən جهان کمالی