Tarix : 2022 Mar 04
Kod 62311

Azərbaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Tovuz Rayonu istiqamətində atəşə tutulduğunu bildirib.

Arannews :Müdafiə Nazirliyinin rəsmi internet saytında bildirilir: “Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Məlumatda Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itkinın olmadığı hazırda bu istiqamətlərdə vəziyyətin sabit olduğu bildirilir.

  • Yazılıb
  • da (də) 2022 Mar 04
  • Göndərən جهان کمالی