Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.
Arannews -Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.
O qeyd edib ki, görüşdə gözlənilən əsas nəticələr əldə olunmayıb.
“Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”, - deyə Podolyak bildirib.
19:04
Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.
Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib. O bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.