Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik.
Arannews :Fazil Mustafa Müdafiə Nazirliyində son həbslərdən razı qaldığını bildirib: “Nazirliyin bütün strukturlarında olan köstəbəkləri aradan qaldırmalıyıq. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır”,- deyə deputat bildirib.
Deputata görə bu oğurluqların hansısa kiçik məmurun əli ilə baş verməsi qeyri-mümkündür.
Fazil Mustafa müsadirə olunan vəsaitlərin müavinət olaraq hərbçilərə verilməsinə çağırıb: “Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır”,- Milli Məclisin üzvü deyib.