Tarix : 2022 Mar 05
Kod 62315

Rusiya daha 1000 muzdlunu Ukraynaya göndərir

Rusiya yaxın günlərdə Ukraynaya daha 1000-ə qədər muzdlu əsgər göndərməyə hazırdır.

.Arannews : xəbər verir ki, CNN-in məlumatına görə, bu barədə yüksək rütbəli ABŞ kəşfiyyatının rəsmisi xəbərdarlıq edib. Onun fikrincə, Moskva "şəhərləri ələ keçirəcək qədər bombalaya" bilər ki, bu da mülki əhalinin xeyli itkisinə səbəb ola bilər.
Kəkfiyyat rəsmisi bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ikinci həftədə davam etdiyi üçün muzdlu qüvvələr zəifləmiş bölmələri gücləndirəcək.
O, əlavə edib ki, fevralın sonlarına olan məlumata görə, müharibədə 200-ə yaxın belə muzdlu artıq öldürülüb.
Bu arada ABŞ və Qərb rəsmiləri Rusiyanın Kiyev də daxil olmaqla Ukraynanın əsas əhali mərkəzlərinə zərbələrinin sürətini və gücünü artıracağını gözləyirlər.
Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib ki, Rusiya indi "şəhərləri ələ keçirmək üçün bombalamağa" hazırlaşır və bu, mülki əhali arasında itkilərin sayının böyük artmasına səbəb ola bilər.

  • Yazılıb
  • da (də) 2022 Mar 05
  • Göndərən جهان کمالی