Tarix : 2022 Mar 06
Kod 62316

Təbrizdə həkim Nizami Gəncəvinin anım həftəsi keçiriləcək

Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad Baş İdarəsinin təşəbbüsü ilə baş tutan Nizami Gəncəvi Həftəsi 12 martdan 19 martadək keçiriləcək.
AranNews – Redaksiyamızın “Şəbistan” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Şərqi Azərbaycanın Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəhbəri və Təbrizin mədəniyyət idarə, müəssisə və universitetlərinin təmsilçilərinin iştirakı ilə həkim Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simpozium və koordinasiya iclası keçirilib.
İclasa evsahibliyi edən Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Seyyid Qasim Nazimi dəyərli ədəbi sərvətlər sahəsində mədəni-mənəvi sərmayənin əhəmiyyətini vurğulayaraq deyib: “İran mədəniyyəti və fars dili coğrafiyası indiki coğrafi sərhədlərdən xeyli genişdir. Fars dilində yazılmış və söylənmiş dərin mənalı mətnlər arif və mütəfəkkirlərin düşüncənin məhsuludur ki, onların doğulduğu və dəfn yeri hal-hazırda bəlli olmasa da, əsərlərinə tamamilə iranlı ruhu hakimdir və sanballı mədəniyyətə əsaslanır.”
Nazimi əlavə edib ki, Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad Baş İdarəsi özünə vacib bilir ki, İranın iftixarlı irsini qoruyub saxlamaqla yanaşı, bəzilərini də qəriblik dairəsindən çıxarsın, onların əsərlərindəki mövcud olan əxlaqi və insani təfəkkürləri, fəzilətləri dünyaya tanıtsın.
O əlavə edib: “12 martda başlayacaq və təqdim ediləcək proqramlar bir həftədən əlavə, Nizami Gəncəvinin Anılması Milli Qərargahının təşəbbüsü ilə 21 maya kimi davam edəcək. Ondan əvvəl də Mədəniyyət Radiosunun əməkdaşlığı və tanınmış tədqiqatçıların və nizamişünasların iştirakı ilə bir sıra proqamların təqdimi başlanmışdır.”

 
  • Yazılıb
  • da (də) 2022 Mar 06
  • Göndərən جهان کمالی