Tarix : 2022 Mar 06
Kod 62317

Ukraynanı tərk edən daha 184 azərbaycanlı öz ölkəsinə gəlib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.

Arannews -Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib.

  • Yazılıb
  • da (də) 2022 Mar 06
  • Göndərən جهان کمالی