Azərbaycan Respublikasının İrandakı səfiri İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz mübadiləsinə dair razılaşmanın icrasını şərh edərək, deyib: "Bu layihənin icrasına 2022-ci ilin yanvar ayının əvvəlindən başlanıb və əməkdaşlıq davam edir".
Arannews :Əli Əlizadə şənbə günü İSNA-ya verdiyi müsahibədə, İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişin son vəziyyəti barədə deyib: "Bu saziş Bakı ilə İranın yeni hökuməti arasında imzalanan ilk əməkdaşlıq memorandumudur".
Azərbaycan Respublikasının Tehrandakı səfiri İran, Rusiya və Azərbaycan Respublikası arasında elektrik şəbəkəsinin birləşdirilməsi ilə bağlı danışıqlara da toxunub. Səfir deyib: "Hər üç ölkənin energetika nazirləri məsələni müzakirə edirlər və üç ölkə arasında enerji dəhlizinin yaradılması istiqamətində səylər davam etdirilir".
Azərbaycanlı diplomat ölkəsinin İranla ticarət mübadilələrini artırmaq planlarından da danışıb.
"Xoşbəxtlikdən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi keçən illə müqayisədə 30 faiz artıb", - deyə o, qeyd edib.
Bundan əvvəl İranın energetika naziri İran və Azərbaycan Respublikası arasında elektrik enerjisi mübadiləsinin artırılması və davam etdirilməsinə hazır olduqlarını bildirib və deyib: İran, Azərbaycan Respublikası və Rusiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıq haqqında araşdırmalar aparılıb".
İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz mübadiləsinə dair üçtərəfli saziş noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində üç ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.
Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.