Tarix : 2022 Mar 06
Kod 62319

“Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov həbs edilib

Nərimanov Rayon Məhkəməsi Elşən Abbasovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Arannews - Turan xəbər agentliyinə istinadən verdiyi məlumata görə,  “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasova külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi  ittihamı irəli sürülüb.
Elşən Abbasov martın 3-də iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılmışdı.
Yaxınları bildiriblər ki, bu günədək onun taleyindən xəbərsiz imişlər.
Abbasov bundan öncə də dindarların hüquqlarını müdafiə etdiyinə görə iki dəfə mühakimə olunub. Belə ki, 2012-ci ilin oktyabrında məktəblərdə hicab qadağasına etiraz aksiyasında iştirak etdiyinə görə bir il müddətinə həbs edilib.
Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, o həbsini çəkdikdən sonra yenə də əvvəlki yolunu davam etdirdiyinə görə növbəti dəfə 2017-ci ildə qanunsuz narkotik maddə və silah saxlamaqla bağlı uydurma ittihamla həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Fəallar bildiriblər ki, əksinə, Abbasov gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı maarifləndirmə işi aparır, Quran kursları təşkil edir.
Turan öz məlumatında bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2022 Mar 06
  • Göndərən جهان کمالی