Dünəndən, martın 6-dan etibarən məscidlərdə tətbiq olunan məhdudiyyətlər ləğv edilib. Bu barədə Operativ Qərargah məlumat verib.
Arannews :Məlumata görə, məscidlərdə insan sayı məhdudiyyəti yığışdırılıb. İbadət edənlər arasında olan sosial məsafə, həmçinin ləğv olunub. Buna baxmayaraq, məscidlərə daxil olarkən maska taxmaq və COVİD-19 sertifikatının təqdim olunması vacib olaraq qalmaqdadır.
2020-ci ilin mart ayından Azərbaycanda koronavirusa görə məscidlər bağlanıb. 2021-ci ilin 10 iyun tarixindən isə maska rejimi və sosial məsafəyə riayət etmək şərti ilə bu məhdudiyyət yığışdırılıb. Bundan əlavə, məscidlərin yalnız yarısı ziyatərçi ilə doldurula bilərdi.