Tarix : 2022 Mar 08
Kod 62331

Bu gün İmam Zeynulabidinin mövlud günüdür

Bu gün, şaban ayının 5-i (8 mart) Əhli Beytin (ə.s) dördüncü İmamı Həzrət Əli ibn Hüseynin (ə.s) mövlud günüdür. Həzrət Kərbəla hadisəsində sağ qalan yeganə kişidir.

Arannews :Bu gün, şaban ayının 5-i (8 mart) Əhli Beytin (ə.s) dördüncü İmamı Həzrət Əli ibn Hüseynin (ə.s) mövlud günüdür. Həzrət Kərbəla hadisəsində sağ qalan yeganə kişidir.
Ömər ibn Xəttabın xilafət dövründə müsəlmanlar Sasanilərə qalib gəldikdən sonra sonuncu Sasani şahı Yəzdəgirdin qızları Mədinəyə gətirilib. Xəlifə qızları satmaq qərarına gəlmişdir, lakin Həzrət Əli (ə.s) onları sərbəst buraxmağı və öz oğulları ilə evləndirməyi qərara almışdır. Bir qızı İmam Həsənə (ə.s), Şahrəbanu adlı digər qızı isə İmam Hüseynə (ə.s) ərə verdi. İmam Əli (ə.s) oğlu Hüseynə (ə.s) belə buyurdu: “Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir”. Çox keçmədi ki, hicrətin 38-ci ilində onların Əli adlı bir oğlan uşağı dünyaya gəldi.
Həzrətin adı Əli, ləqəbləri Zeynulabidin və Səccaddır. Bu ləqəblər ona çoxlu ibadətlə  məşğul olduğuna görə verilib. İmam Zeynulabidin (ə.s) də babası Əli (ə.s) kimi tarla və xurmalıqlarda çalışırdı. Hər xurma ağacının altında iki rükət namaz qılıb özündən gedərdi. O, iyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi. Dünyadakı bütün gözəl insani sifətlər o Həzrətin vücudunda cəm olmuşdu. Onun bəşərə qoyub getdiyi ən gözəl nemətlərdən biri isə “Səhifeyi-Səccadiyyə” adlı dua kitabıdır.
Bu gün bir çoxları onu xəstə və taqətsiz bir kəs kimi tanıyır. Lakin bu, belə deyil. Allah Kərbəla döyüşü zamanı İmam Səccadı (ə.s) xəstəliyə düçar etmişdir ki, o, döyüşə qatıla bilməsin. Belə ki, o, İmam Hüseynin (ə.s) nəslini davam edə biləcək yeganə şəxs idi. Lakin Kərbəladan sonra Həzrət tam sağlam və gumrah olub. O, hətta Yezidin qarşısına çıxıb, bibisi Zeynəblə (ə.s)  birlikdə xütbə deyib. İmam Səccad Yezidin törətdiyi cinayətin əzabından və Əhli Beytin (ə.s) müqəddəsliyindən söhbət edib.
57 yaşlı İmam Səccad hicrətin 95-ci ilində, məhərrəm ayının 25-də şəhadətə çatdırılıb. O, Hişam ibn Əbdülməlik tərəfindən zəhərləndirilib. Həzrət Mədinənin Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə.s) yanında dəfn edilib.

 
  • Yazılıb
  • da (də) 2022 Mar 08
  • Göndərən جهان کمالی