“Nur-2” adlı peyk Sepah HHQ-nin “Qasid” adlı 3-pilləli daşıyıcı raketi vasitəsi ilə 500 km-lik orbitə çıxarılıb.
Arannews - IRNA-ya istinadən xəbər verir ki, İranda 2-ci hərbi təyinatlı peyk uğurlu şəkildə kosmosa buraxılıb.
“Nur-2” adlı peyk Sepah HHQ-nin “Qasid” adlı 3-pilləli daşıyıcı raketi vasitəsi ilə 500 km-lik orbitə çıxarılıb.
Adıçəkilən peyk kəşfiyyat peykidir.
Raketin sürəti 6,7 km/s olub və 480 saniyə sonra 500 km-lik orbitə çatıb.
Xatırladaq ki, İran özünün “Nur-1” adlı ilk hərbi təyinatlı peykini 2020-ci il 22 apreldə eyni daşıyıcı raket vasitəsi ilə 425 km-lik orbitə çıxarıb.