Gürcüstanda mövlud günləri münasibətilə bayram tədbiri keçirilib. Bu barədə martın 7-də islamazeri xəbər verib.
Arannews :Tədbir Ağbulaq rayonunun Kosalar kəndində baş tutub. Bayram İmam Hüseyn (ə.s), Həzrət Əbəlfəzl (ə.s) və İmam Səccadın (ə.s) mövludu münasibətilə təşkil olunub. Məclisdə Axund Hacı Elşad Musayev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Hacı Qurban Murquzov və digər din xadimləri iştirak ediblər.
Bayram tədbiri Qurani-Kərim tilavəti ilə başlanıb. Daha sonra ilahiyyatçılar mövlud barədə çıxışlar edib, müsəlmanlara öz təbriklərini ünvanlayıblar. Sonda məddah Səid Həsən Əhli Beytin (ə.s) şəninə şeir oxuyub və bayram süfrəsi açılıb.
Martın 6-8 tarixlərində Kərbəlanın üç qəhramanı olan İmam Hüseyn (ə.s), Həzrət Əbəlfəzl (ə.s) və İmam Səccadın (ə.s) mövlud günləri qeyd olunub.