Tarix : 2022 Mar 11
Kod 62338

Sionist rejiminin formal rəhbərinin Türkiyəyə səfərinin səbəb və nəticələri - Təhlil

Sionist rejimi Ankaranın iqtisadi problemlərini həll etmək niyyəti ilə deyil, İranın Aralıq dənizinin şərqindəki strateji təsirini azaltmaq məqsədi ilə Türkiyəyə yaxınlaşır ki, bəlkə qısa ömrünü bir az da uzada bilsin.
Arannews : Türkiyə rəsmiləri və xalqı bilməlidir ki, qərbin böhran yaradan şəbəkələrinə güvənsələr, onlar da ABŞ və sionist rejiminə güvənmiş Ukrayna kimi zərər və peşmançılıqla üzləşəcəklər.
On ildən çox idi ki, Türkiyə ilə sionist rejimi arasında siyasi və diplomatik əlaqələr kəsilmişdi. Son vaxtlarda Ərdoğanın sionist rejiminin təbii qazının Türkiyədən Avropaya nəqli bəhanəsi ilə münasibətləri bərpa etmək təklifi müqavimət cəbhəsində, habelə işğal olunmuş ərazilərdə təəccüb və həssaslıq yaratmışdır. Digər tərəfdən, sionist rejimi başçılarının Türkiyə ilə strateji səviyyədə əlaqələri inkişaf etdirmək üçün o qədər də maraqları yoxdur. Sionist rejiminin prezidenti İshaq Hersoqun formal bir şəxs kimi “Türkiyə ilə çox diqqətli şəkildə irəliləyəcəyik” ifadəsini açıq şəkildə bildirməsi də sionist rejiminin bu mövzuda heç bir addım atmadığını göstərir.
Ekspertlər Türkiyə hökumətinin sionist rejiminə bu qəbuledilməz dönüşü istəməsinin əsas səbəblərindən biri kimi hazırkı iqtisadi böhranın olduğunu bildirirlər və belə inanırlar ki, bu ölkə hökuməti iqtisadi problemlər qarşısında xalqın mümkün dözümsüzlüyünü nəzərə alaraq sionist rejimi ilə ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışır. Bəlkə də həmin səbəbdən bu münasibətlərin bərpa edilməsində Fələstin məsələlərindən söz açılmır.
Trampın prezidentlik dövrünün başa çatması və Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ və Türkiyə arasında bir çox tənliklər və münasibətlər əsaslı şəkildə sarsıldı, ölkənin iqtisadi çətinlikləri dolların bahalaşması kimi psixoloji problemlərlə daha da ağırlaşdı. Türkiyə hökumətinin fikrincə, sionist rejimilə əlaqələrin inkişafı ABŞ hökumətindəki nüfuzlu sionistlərin lobbisi vasitəsilə ABŞ-la münasibətlərini bərpa etmək və ya ən azından fikir ayrılıqlarını azaltmaq üçün vasitə kimi istifadə edilə bilər. Lakin, bu lobbidən AKP-nin lehinə istifadə edilib-edilməyəcəyi və ya Türkiyənin milli maraqlarına uyğun olub-olmayacağı, yaxud daha çox problem yaratmaq və Türkiyə balanslarını çətinləşdirməkdən başqa heç bir funksiyası olmayacağını görmək lazımdır.
Şübhəsiz ki, sionist rejiminin Türkiyəyə yanaşması Ankaranın iqtisadi problemlərinin həlli prioriteti ilə baş tutmayacaq. Sionist rejimi regional güclərdən biri kimi Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə İranın Yaxın Şərqdə, xüsusən də Suriyadakı strateji təsirini zəiflətməyə çalışacaq ki, bəlkə bu yolla İslami Müqavimət Cəbhəsi qarşısında zəifliyini azalda bilsin. Bu isə o deməkdir ki, sionist rejimi Türkiyəni müsəlmanların ilk qibləsi olmuş müqəddəs Qüdsün işğalına qarşı çoxlu müxaliflərin olduğu bir ölkə olaraq, İranla qarşıdurma aləti kimi görür. Çünki bu səfərdən əvvəl sionist rejimi ilə Türkiyə arasında iqtisadi, hərbi və turizm sahələrində çoxlu aşkar və gizli əlaqələr var idi və bu, davam edir.
Qətiyyətli olan budur ki, Fələstin xalqı və İslam dünyası hələ də işğal olunmuş ərazilər və müqəddəs Qüds məsələlərinə həssas yanaşır və İslami müqavimət hərəkatlarının məqsəd, strategiya, əlaqə və yanaşmalarında heç bir dəyişiklik yoxdur, hələ də İslam dünyası və müsəlmanların böyük əksəriyyəti sionist rejimini özlərinə düşmən hesab edir və bu qaniçən rejimlə münasibətlərin istənilən normallaşması İslam dünyasının gözünün önündə dayanacaq və mühakimə olunacaq.
Baxmaq və dəyərləndirmək lazımdır ki, sionist rejiminə yanaşma və nəticədə İslamın tövsiyələrindən uzaqlaşma, dünyadakı milyardlarla müsəlmanın ictimai rəyini itirmək Türkiyə xalqına və müsəlmanlarına hansı təsiri qoya bilər. Bu cür əlaqələrin qazancı nüfuzlu bir İslam ölkəsinin (yeri gəlmişkən, onun xalqı anti-sionist mövqe tutmuş və tarix boyu qəsbkar sionist rejiminə, Qəzzəyə edilən zülmə və işğal olunmuş ərazilərdə uşaq, qadın və məzlumların qətliamına etiraz etmişlər, eləcə də dəfələrlə şanlı aksiyalar vasitəsilə Fələstin ideyasına dəstəklərini ifadə ediblər) bədnam olmasına dəyərmi?!
Türkiyədə iqtisadi problemlər və böhranlar, hətta siyasi böhranlar da qonşuların və İslam dünyasının birliyi ilə həll oluna və aradan qaldırıla bilər. Necə ki, əvvəllər də bir çox böhranlardan keçib. Ona görə də uşaq öldürən israilli irqçilərlə münasibətlərin normallaşdırılmasına heç bir bəraət qazandırmaq olmaz.
İnqilabın Ali Rəhbəri həzrət Ayətullah Xamenei bu il Məbəs bayramı münasibətilə etdiyi çıxışında imperializm sisteminə və onun bölgədəki gözətçi itinə (saxta İsrail rejimi) güvənməyin peşmanedici olduğunu bildirdi, mafiya və ABŞ-ın silahl istehsalı şəbəkələrini Ukrayna hadisələrində əsas amil kimi göstərdi və Türkiyə xalqı və rəsmiləri bilməlidir ki, heç bir ölkə, xüsusilə İslam ölkələri bu qaydadan istisna deyil və çox keçməyəcək ki, onlar ABŞ və sionist rejiminə güvəndikləri üçün itki və peşmançılıq hissi ilə üzləşəcəklər.
Doktor Əziz Cavanpur, Təbriz Universitetinin professoru və siyasi analitik

 
  • Yazılıb
  • da (də) 2022 Mar 11
  • Göndərən جهان کمالی