Tarix : 2022 Mar 11
Kod 62339

İranla Azərbaycan arasında tranzit əlaqələri inkişaf etdirilir

İran İslam Respublikasının yol və şəhərsalma naziri Naxçıvanda işgüzar səfərdədir.

Arannews :Rüstəm Qasiminin rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.
Səfər çərçivəsində R.Qasiminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olub.
İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.

  • Yazılıb
  • da (də) 2022 Mar 11
  • Göndərən جهان کمالی