Tarix : 2022 Mar 12
Kod 62340

Nizami Gəncəvinin ildönümü münasibəti ilə onun həyat və yaradıcılığına qısa baxış

Nizami Gəncəvi kimi tanınmış həkim Cəmaləddin Əbu Məhəmməd İlyas ibn Yusif Gəncə şəhərində dünyaya gəlmişdir. Onun əsərləri həmişə təmsil və povest yönlü olmuşdur.
AranNews - İranın tanınmış şairi həkim Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Muəyyid Nizami hicri-qəməri 6-cı əsrdə yaşamışdır. O, 530-540 qəməri illəri arasında Gəncə şəhərində dünyaya göz açmışdır.
Nizami əqli elmlərdə, xüsusən də fəlsəfə, məntiq, riyaziyyat və astronomiyada çox yüksək qabiliyyətə malik olub, Quran, fiqh, hədis kimi nəqli elmlər də tam məharət sahibi olub.
Nizaminin bəzi şeirlərindən onun biliyə yüksək əhəmiyyət verdiyi başa düşülür:
Dünyada boşuna keçmədi ömrüm,
Yeməkdən, içməkdən başqa iş gördüm.
Hər gecə biliyə qapı açmadan
Başımı yasdığa qoymadım bir an
Nizaminin həyat dövrü Azərbaycan və Mosul Atabəyləri və Şirvanşahların hakimiyyəti dövrünə təsadüf edir. Şairin həyat zahidlik və guşəneşinliklə yanaşı olmuşdur. Bu, onu saray adamlarına və hökmranlara asılılıqdan uzaq saxlamışdır.
Nizami nəinki poeziya və hekayət sahəsində ayrıca bir üslubdan istifadə etmişdir, həm də onun ədəbiyyat və üslubunun təsiri özündən sonrakı şair və dastançıların üslubunda da aydın görünür. Fars dilində təmsil şeirini ən yüksək səviyyədə inkişaf etdirə bilən yeganə şair Nizamidir.
Uyğun söz və ifadələrin seçilməsində, xüsusi yeni birləşmələrin yaradılmasında, hər bir mövzuda və təsvirdə yeni və xoş mənalar icad etməkdə, təsvirdə təfərrüatlar, təxəyyül və dəqiqlik, təbiəti, insanları, şəraiti və istifadəni təsvir edərkən ətraflı mənzərə və detallar yaratmaqda, xoş və yeni bənzətmə və məcazlardan istifadə etməkdə bənzəri olmayanlar sırasındadır.
Onun ən mühüm əsəri “Beş xəzinə” və ya “Nizaminin xəmsəsi” adlanır.
Fars dilində bu incə mütəfəkkirdən günümüzə qədər gəlib çatan beş məşhur əsər bunlardır:
1. Sirlər xəzinəsi; 2. Xosrov və Şirin; 3. Leyli və Məcnun; 4. Yeddi gözəl; 5. İsgəndərnamə.
Nizami Qızıl Arslanın (h.q 581-587) dəvəti ilə yaxınlıqdakı bölgəyə etdiyi qısa bir səfər istisna olmaqla, ömrü boyu vətənində qalmışdır. Dahi şair 602-ci ildə 63 yaşında ikən həmin şəhərdə vəfat etmişdir və dəfn edilmişdir.

 
  • Yazılıb
  • da (də) 2022 Mar 12
  • Göndərən جهان کمالی