Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar ve dərmanlardan ibarətdir.
Arannews -Trend xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.Təyyarə saat 09.00-da havaya qalxacaq.Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.