Tarix : 2022 Mar 12
Kod 62341

Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək

Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar ve dərmanlardan ibarətdir.

Arannews -Trend xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.Təyyarə saat 09.00-da havaya qalxacaq.Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

  • Yazılıb
  • da (də) 2022 Mar 12
  • Göndərən جهان کمالی