Tarix : 2022 Mar 12
Kod 62344

İran Cəbrayıl rayonunda xəstəxana tikəcək

İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.
Arannews :Bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək.
Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var.
  • Yazılıb
  • da (də) 2022 Mar 12
  • Göndərən جهان کمالی