Tarix : 2022 Mar 13
Kod 62347

Azərbaycan XİN-dən Ukrayna açıqlaması

Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım bu gün yola salınıb.

XİN-dən Arannews - verilən məlumata görə, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladılıb ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 5.5 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində göndərilib.

  • Yazılıb
  • da (də) 2022 Mar 13
  • Göndərən جهان کمالی