İraq Kürdüstanının paytaxtı Ərbildə bu gün güclü partlayış baş verib. Yerli sakinlərin sözlərinə görə, ABŞ konsulluğuna hücum edilib.
Arannews :iraqın Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbildə yerləşən və xarici hərbi qüvvələrin olduğu hərbi bazanın ərazisi ballistik raketlərlə hədəfə alınıb.
Bu barədə Ərbil valiliyindən məlumat verilib.
Az keçməmiş İran KİV-ləri məlumat yayıblar ki, Ərbildə əl-Hərir hərbi qərargahında olan “Mossad”-ın iki təlim korpusu ballistik raketlərlə hədəfə alınıb.
Həmçinin İraqın şimalında Süleymaniyyə əyalətində də partlaytışların olduğu deyilir.
Qeyri-rəsmi mənbələr ballistik raketlərin Təbrizdən atıldığını və bu hücumun bir neçə gün öncə Suriyada İsrailin aviazərbələrində həlak olan iki iranlının intiqamı olaraq həyata keçirildiyini bildirirlər.