Tarix : 2022 Mar 15
Kod 62350

Mədəniyyət və islami irşad naziri: Həkim Nizami İran mədəniyyəti və fars dilinin möhkəm bir bağıdır

Məhəmməd Məhdi İsmaili: Həkim Nizami dünya şöhrətli iranlı və fars dilli şair olaraq, Avropanın qəlbindən tutmuş, Çinin şimalına qədər öz oxucularının üzünə hikmət, mərifət, gözəllik, xeyirxahlıq və xoşbəxtlik qapılarını açmışdır.
 
Arannews :Məhəmməd Məhdi İsmaili həkim Nizami Gəncəvinin anım günü münasibətilə ünvanladığı müraciətdə onu İran mədəniyyətinin və tanınmış fars dilli şairlərindən biri adlandıraraq vurğulayıb ki, bu İran şairi Avropanın qəlbindən tutmuş, Çinin şimalına qədər öz oxucularının üzünə hikmət, mərifət, gözəllik, xeyirxahlıq və xoşbəxtlik qapılarını açmışdır.
Mədəniyyət və islami irşad nazirinin müraciətində deyilir: “Nizami İran ədəbi-mədəni ənənəsi və fars dilinin möhkəm bağıdır. Bizim şirin sözlü nadir şairimiz fars poeziyasının hekayətçilik coğrafiyasında kamil ustalıqla işin öhdəsindən elə gəlmiş və məqsədi elə çatdıra bilmişdir ki, əsrlər keçməsinə və fars poeziyası coğrafiyasında böyük şairlərin meydana çıxmasına baxmayaraq, heç kim ondan irəli keçə bilməyib və o, hələ də fars hekayələrinin hərəkətvericisidir. Onun rəngarəng, çeşidli və ətir saçan dünyası mifologiya sahəsindən tutmuş teoloji, əxlaqi və mistik ədəbiyyata qədər genişdir. Bu geniş coğrafiyada həmin dünya insan həyatının təsviridir, sevgi və şövqün şərhi bütün müxtəlifliyi və çeşidliyi ilə yaxşılıq və xeyirlə dolu bir dünyaya təcəlli edir; insanın son məqsədinin həmin yer kürəsində yaşamaq olduğu bir dünya.
Hikmət yağdıran şairimiz öz dastanları arasında hər yerdə imkan tapırsa, hökumət və sərvət sahiblərini nəsihət nuru ilə həyatın düzgün yoluna dəvət edir, onlardan insanlara əmin-amanlıq yaratmalarını istəyir.
İrfani təlimləri onda ilahiyyatın və nəfsi istəklərdən xilas olmağın dərinliyini göstərir.
Onun ədəbi irsi bilikli və fəzilətli bir şəxs olduğunu sübut edir. Nizami dövrünün elmlərini geniş və dərindən öyrənmiş, bu biliklərdən sözünü şirinləşdirmək üçün faydalanmışdır.
Şairin könül oxşayan şeirləri həyatın bütün sahələrinin ürəkaçan mənzərəsidir. Sevgidən, uğursuzluqdan, keçidlərdən, ayrılıq ümidlərindən, suallardan, mistik hikmət öyrənməkdən tutmuş, romantik şeirlərə qədər.
Başqa sözlə, o, insan həyatının hər yönünü təsvir edib. Elə buna görə də şöhrət küləyi müxtəlif üfüqləri silkələmiş, şairlər və hekayətçilər də onun yolu ilə getmişlər.
Fars poeziyası coğrafiyasında onun şeir üslubunda yazılmış çox şaxəli və səmərəli nəzirələr göstərir ki, Nizami haqlı olaraq bu geniş mədəniyyət sahəsinin hekayət sənətinə usdatlıq etməyi bacarmışdır.
Əsrlər boyu əsərlərinin oxucuları öz mənəvi kədərlərini və peşəkar xəyallarını parlaq və təravətləndirici mənzərəsini onun şeirlərində tapmışlar. O dərəcədə ki, bu bəhanənin insanlarının mədəniyyətinin bütün kultlarının hekayətçisi ola bilmişdir.
Nizamini Nizami edən onun biliyi və ilahi biliyin həyat verən iksirinə inam və onu poetik yaradıcılıqla qaynayan bulaqda axıtmaqdır.
Fars dili və şairanə yaradıcılığı ilə dünyada əbədiləşmiş həkim Nizami adı mədəniyyət dünyasını bəzəyəcəkdir. O, zamanın və məkanın qabığını layiqincə yara, şeirinin təzə təravətli axını ilə aləmlə danışa bilmişdir.
Ümid edirik ki, onun insanlıq təlimlərindən istifadə etməklə dünyamız sülh, dostluq, qardaşlıq, gözəllik və incəsənətlə dolu olacaqdır.”
Məhəmməd Məhdi İsmaili, mədəniyyət və islami irşad naziri

 
  • Yazılıb
  • da (də) 2022 Mar 15
  • Göndərən جهان کمالی