Tarix : 2022 Mar 15
Kod 62351

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri: Nizami Gəncəvinin əsərləri İranın və dünyanın ədəbi sərvətidir

Qulaməli Həddad Adil: Nizami Gəncəvinin əsərləri İran ədəbiyyatının, hətta dünya incəsənətinin ədəbi sərvətləri sırasındadır və hal-hazırda bütün İranın və dünyanın muzeylərini və kitabxanalarını bəzəmişdir.
Arannews :Həddad Adil Ərdəbildə həkim Nizaminin anım mərasimində və “İran Del” milli incəsənət festivalının yekun mərasimində deyib: “Nizami Gəncəvi ölkəmizin beş dahi şairlərindən biridir və onun adı Moləvi, Sədi, Hafiz və Firdovsinin yanında dayanır. Nizami İranın mənəvi və mədəni cəvahirat xəzinəsinin dəyərli və parlaq incisidir. Xüsusilə, İran və İslam düşmənlərinin yumşaq müharibə və mədəni işğallarla İslami İran mədəniyyətini hədəfə aldığı hazırkı dövrdə gənc nəslə Nizami Gəncəvini tanıtmaq mühüm və ciddi vəzifələrimizdən biridir.”
Fars Dili və Ədəbiyyatı Akademiyasının prezidenti qeyd edib ki, Nizaminin fars ədəbiyyatında iyirmi minə yaxın xoş məzmunlu beyti mövcuddur ki, divanından başqa “Dünya fars ədəbiyyatının beş xəzinəsi” adlı beş böyük əsəri ondan yadigar qalmışdır. Bəlkə demək olar ki, Leyli və Məcnun Nizami Gəncəvi ilə məşhurlaşıb və bu onun həmin yaradıcılığı idi.
“Nizami Gəncəvi Əhli-beytə (ə), xüsusilə də İmam Əliyə (ə) sevgisini gizlətmir, şeirləri etiqad, zöhd və təqva mövzuları ilə bəzənir, onun şeirlərində köhnəlik və mürəkkəblik görünmür, eyni zamanda, məfhumların dərin ifadəsi və  Qurandan izah təqdim etməsi Nizaminin şeirlərini zənginləşdirir” deyə, H. Adil vurğulayıb.
O, çıxışının davamında deyib: “Nizaminin beş xəzinə və Xəmsəsinin mühüm xüsusiyyətlərindən biri də odur ki, VI əsrdən bu günə qədər fars dili coğrafiyasının hər yerində zövq, ədəbiyyat və sənət adamlarının məclisinin şamı və munisi olmuşdur və o qədər valehedici olmuşdur ki, sənətkarları Nizami Xəmsəsinin ən yüksək səviyyədə xəttatlığına və məclislərinin qurulmasına dəvət etmişdir.
Nizami Gəncəvinin əsərləri İran ədəbiyyatının, hətta dünya incəsənətinin ədəbi sərvətidir və hal-hazırda bütün İranın və dünyanın muzeylərini və kitabxanalarını bəzəmişdir.”
Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri qeyd edib ki, ölkədə çoxlu şairlər arasında çox az sayda şair “həkim” adlanmışdır və onların sayı əl barmaqlarından da azdır. Həkim, Nizami Gəncəvidir. Bu dahi şəxsiyyətin bəlağətdən əlavə özünəməxsus xüsusiyyətləri də olmuşdur ki, şeirləri onun söz və məqsədini ifadə etmək üçün vasitə kimi istifadə olunub və bu şeirlərdə tövhid və Allaha inanc ən yaxşı formada ifadə olunur.
Həddad Adil bildirib ki, “Həft Peykər” fars poeziyasının ən yaxşı və ən gözəl romantik şeiri, Hind-Avropa ədəbiyyatının ən dəyərli yaradıcılığından biridir ki, bu əsərin beynəlxalq olduğunu göstərir. Nizami Gəncəvinin hər bir cavidan əsəri özündən sonra ondan nümunə götürən digər şairləri də ruhlandırır.
Həddad Adil daha sonra deyib: “İftixar edirəm ki, belə bir xəzinə bizim hamımıza aiddir. Nizami Gəncəvi islami İran mədəniyyətinə mənsubdur və bu farsdilli şairin islami İrana aid olmağını inkar etmək çox anlaşılmaz və heyrətləndiricidir. Çünki elm və hikmət əhli bilirlər ki, haqqı inkar etmək heç kimi etibarlı etmir. Əgər Nizaminin əsərləri təkcə islami İranın sərhədləri daxilində deyilsə, bu o demək deyil ki, o, islami İrana aid deyil.
Nizaminin iranlı olmamasını və onun farsca şeirinin olmamasını iddia etmək və son vaxtlarda biabırçı bir hərəkətlə onun türbəsinə həkk olunmuş şeirləri türbədən götürmək, habelə Nizaminin qəbrinin İranın daxilində olmaması, onun İran mədəniyyətinə aid olmaması mənasına deyil. Əksinə, bu onu göstərir ki, başqa ölkələr əgər Nizamini müsadirə etmək niyyətindədirlərsə, hamısı İranın ədəbi xəzinəsinin böyüklüyü və əzəmətindən xəbər verir. Bugün dünya muzeylərində və hər yerdə rəssamların əsərlərini görürüksə, bu, həmin əsərlərin ölkəmizə aidiyyatı olmaması mənasına deyil, əksinə, bizim əsərlərimizin bütün dünyada əhəmiyyətini göstərir ki, bu da hər kəs üçün dəyərlidir.”

 
  • Yazılıb
  • da (də) 2022 Mar 15
  • Göndərən جهان کمالی