Tarix : 2022 Mar 15
Kod 62352

Əhməd Vəhidi: Biz şəhidlərin xatirəsini həmişəkindən daha çox yaşatmalıyıq

İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi Təbrizdə şəhid Məhdi Bakirinin anım mərasimində deyib: “Biz düşmənlərin vurduqları ziyanları heç vaxt unutmayacağıq. Düşmənlərin nə qədər zəif və bizim nə qədər güclü olduğumuzu sübut etmək üçün bir az səbr etmək lazımdır.”
 
Arannews :iranın daxili işlər naziri Əhməd Vəhidi Təbrizdə şəhid Məhdi Bakirinin anım mərasimində deyib: “Bizim döyüşçülərimiz düşmənlərin məkirli planları qarşısında geri çəkilmirlər və çirkin niyyətlərə cavab verməyə həmişə hazırdırlar.”
Ə. Vəhidi qeyd edib ki, biz düşmənlərin vurduğu ağır ziyanları unutmuruq və bugün vahid xalq və rəhbərlik eyni sırada dayanaraq, uca ilahi ideyaların həyata keçirilməsinə səy edir. Son qələbənin zirvələrinə çatmaq üçün bir az səbr lazımdır. Beləliklə, düşmənlərin nə qədər zəif olduğu və bizim nə qədər güclü olduğumuz sübuta yetəcək.”
Daxili işlrə naziri çıxışının davamında deyib: “Biz şəhidlərin xatirə və adlarını həmişəkindən daha çox yaşatmalıyıq, İslamın böyük sərkərdələrini, o cümlədən şəhid Bakirini gənc nəslə tanıtmağa səy etməliyik. Belə olduqda, bizim inqilabımızı heç kim sarsıda bilməz.”
O, şəhidləri İslam İnqilabının haqq olmasının qəti sübutu adlandırıb və deyib ki, əgər haqlı olmasaydıq və daxili möhkəmlik olmasaydı, inqilabdan sonra uğursuzluğa düçar olardıq. Haqlı olduğumuz üçün möhkəm və sabitliklə yolumuza davam edirik.
Vahidi İran xalqının imperializmi sındırdığını vurğulayaraq deyib: “ABŞ rəsmiləri ilk dəfə olaraq etiraf edirlər ki, biz ən ağır və sərt sanksiyaları İrana maksimum təzyiq göstərmək məqsədilə tətbiq etdik, ancaq buna nail ola bilmədik.”
Bugün düşmənin İran xalqı və mücahidlərinin iradəsi qarşısında təslim olduğuna diqqəti çəkən daxili işlər naziri deyib: “Şəhid yetişdirən xalqımız İnqilabın Ali Rəhbərinin yol göstərməsi ilə düşmənlərə qalib gəldi.”
 
  • Yazılıb
  • da (də) 2022 Mar 15
  • Göndərən جهان کمالی