Tarix : 2022 Mar 15
Kod 62353

İran və Azərbaycan arasındakı yeni tranzit marşrutu açılacaq

İranın Xarici İşlər Nazirliyinin sözçüsü son illərdə İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına toxunaraq deyib: İki ölkə Araz çayının cənub sahilində İran dəhlizinin işə salınması istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Arannews :Səid Xətibzadə həftəlik mətbuat konfransında Tehran-Bakı əlaqələri ilə bağlı "İran Press"in müxbirinin sualını cavablandırarkən deyib: "Son bir neçə ayda Azərbaycanla sıx təmaslarımız olub. Əgər lazımi infrastrukturları təmin edə bilsək, iki ölkə arasında yeni tranzit marşrutu yaradılacaq".
İran Xarici İşlər Nazirliyinin sözçüsü çıxışının başqa bir hissəsində ABŞ-ın Vyana danışıqlarındakı yeni tələblərinə toxunaraq, deyib: "Mövcud vəziyyətin məsuliyyəti ABŞ-ın üzərinə düşür və bəzi ümumi və məhdud məsələlər var ki, onların həlli Vaşinqton tərəfindən siyasi qərarların qəbul edilməsini tələb edir".
Xətibzadə bəyan edib: "Bu istiqamətdə bizim üçün bir mayak və çərçivə olacaq şey İran millətinin maraqları olacaq və bu maraqlar danışıqların çərçivəsini və yaxşı yekun razılaşmanı müəyyən edəcək".
O, daha sonra bildirib ki, Rusiyanın yanaşması son 11 ayda Vyanada danışıqlar aparan tərəflər arasında ən yaxın və dəstəkləyici yanaşma olub.

  • Yazılıb
  • da (də) 2022 Mar 15
  • Göndərən جهان کمالی