Tarix : 2022 Mar 19
Kod 62363

Bakı ilə yanaşı rayonlarda İmam Mehdinin (əc) mövludu qeyd olunur

Azərbaycan Respublikasının məscidlərində Həzrət İmam Mehdinin (əc) mövlud mərasimi keçirilib

Arannews :Azərbaycan Respublikasının məscidlərində Həzrət İmam Mehdinin (əc) mövlud mərasimi keçirilib  

Ötən gecə Azərbaycanda məscidlər 12-ci İmamımız Həzrət İmam Mehdinin (əc) mövlud mərasimlərinin şahidi olub. Mərasimlər bu gündə də davam edəcək.

Hicri-qəməri təqvimi ilə şaban ayının 15-i onikinci İmam həzrət Mehdi Sahibəz-Zamanın (ə) mövlud günüdür.

Bir çox müsəlman və qeyri-müsəlman ölkələrində olduğu kimi Azərbaycan məscidləri və digər dini məkanlarında da o Həzrətin mövlud günü münasibətilə mərasimlər və tədbirlər keçirilir.

Bu mərasimlərdə İmamın şəninə xütələr və ilahilər oxunur və möminlərə ehsanlar verilir.

  • Yazılıb
  • da (də) 2022 Mar 19
  • Göndərən جهان کمالی