Tarix : 2022 Mar 20
Kod 62366

Azərbaycandan Ümrəyə səfər etmək üçün PCR test tələbi ləğv edilib

Martın 19-da Azərbaycandan Ümrəyə növbəti zəvvar qrupu yola düşür.

Bu barədəArannews xəbər verib.
Məlumata görə, artıq Ümrə ziyarəti üçün PCR testi tələb olunmur. Bu, COVID-19-dan sonra Azərbaycandan Səudiyyə Ərəbistanına birinci belə gedişdir. Lakin zəvvarlardan COVID-19 pasportu hələ də tələb olunur.
Qeyd olunub ki, sabahkı gedişdə 32 zəvvar müqəddəs ziyarətə səfər edəcək. Ziyarətçilərin mart ayının 26-da geri dönəcəyi bildirilib.

  • Yazılıb
  • da (də) 2022 Mar 20
  • Göndərən جهان کمالی