Tarix : 2022 Mar 21
Kod 62368

Putin Ukrayna ilə müharibədə "B" planına keçir

Kiyevi ələ keçirə bilmədikdən sonra Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə taktikanı dəyişmək məcburiyyətində qalır və “əsas ərazi məqsədlərini qorumaq” strategiyasına keçir. Kiyevi bloklara qoşulmamaq mövqeyi ilə razılaşmağa məcbur etmək üçün müvafiq rıçaqlar axtarır.

Arannews- Bizimyol.info xəbər verir ki, bu barədə "WSJ"yə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmiləri məlumat verib.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, alınan məlumatları nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin effektiv müdafiəsi Putini öz taktikasında dəyişiklik etməyə məcbur edib.

İndi Rusiya prezidenti Kiyevi Rusiyanın Ukraynanın cənub və şərq əraziləri ilə bağlı iddialarını qəbul etməyə məcbur etmək istəyir. Beləliklə, Rusiya ölkənin qərbi ilə 2014-cü ildə işğal olunmuş Krım arasında “quru dəhlizi” yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir.

  • Yazılıb
  • da (də) 2022 Mar 21
  • Göndərən مهدی امیری