Tarix : 2022 Mar 22
Kod 62369

Azərbaycan dövlət rəsmisi Rusiyanı kəskin tənqid edib

“Rusiya tərəfindən Azərbaycanın kütləvi informasiya vasitələri bloklanır. Yəni onların Rusiya ərazisindəki yayımına məhdudiyyət qoyulur. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.

Arannews_  SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov rus dilli "haqqin.az" və "minval.az" saytına Rusiyada məhdudiyyətlərin tətbiq olunduğunu bildirərək siyahının daha da genişlənə biləcəyini deyib.

Mətbuat Şurasının sədri Rusiya dövlətini dözümsüzlükdə ittiham edərək deyib: “Obyektiv yanaşma, həqiqətləri yazmağa dözmək belə çətindir? Axı Rusiya müstəqil Ukraynanın ərazisinə qoşun yeridib. Bunun arxasında hansı qlobal siyasi məqamlar var, bu, başqa məsələ. Fakt budur ki, ortada işğal var və bizim media orqanlarımızın məhz bu danılmaz reallığa söykənməsi məqbuldur”.

Amaşov 44 günlük müharibə dönəmində Rusiyanın əksər KİV-lərinin anti-Azərbaycan fəaliyyətini və Azərbaycan tərəfinin şikayətlərinə etina etmədiyini xatırladıb: “Onlar elə təəssürat yaradırdılar ki, sanki illərdir işğala məruz qalan Azərbaycan yox, Ermənistandır.”- deyə Əflatun Amaşov bildirib. 

Mətbuat Şurasının sədri Azərbaycan KİV-ləri xüsusiylə "haqqin.az" saytının Rusiya-Ukrayna müharibəsini işıqlandırma tərzini müdafiə edərək deyib: İndi Rusiyanın bloklama qərarı söz və ifadə azadlığına sayqısızlıqdır. Əlahəzrət haqq və ədalət var. Azərbaycan KİV-ləri ona sadiqdir. Bu sadiqlik eyni zamanda beynəlxalq hüququn prinsiplərinə, bəşəri prinsiplərə dəyərdir”,- Əflatun Amaşov deyib.

  • Yazılıb
  • da (də) 2022 Mar 22
  • Göndərən مهدی امیری