İslam İnqilabının Böyük Rəhbəri bu gün, 1401-ci günəş ili fərvərdin ayının birində, yeni ilin ilk günündə axşamçağı İran İslam Respublikası televiziyasından canlı şəkildə yayımlanan xalqa və rəsmilərə ünvanlanmış çıxışında daxili və xarici məsələlər barədə mühüm məqamlara işarə ediblər.
Arannews - Həzrət Ayətullahuluzma Xamenei bu çıxışın bir hissəsində dünyada baş verənlərə işarə ilə buyurublar: İnsan dünyanın cari hadisələrinə nəzər salarkən İran xalqının dünya imperializmi ilə mübarizədəki haqlılığı və sadiqliyini həmişəkindən daha aydın şəkildə görür. Xalqımızın dünya imperializmi ilə mübarizə yolunu seçməsi təslim deyil, müqavimət,/ quruluş və ölkənin daxildən gücləndirilməsi və istiqlaliyiyətin qorunması olub və bu, düzgün hərəkət olubdur.
Həzrət Ayətullahuluzma Xamenei Əfqanıstanın işğaldan aldığı xəsarətə işarə ilə deyiblər: Əfqanıstan hadisələrinə nəzər salın. 20 il bu məzlum və müsəlman ölkədə nələr etdilər və sonra da necə çıxıb getdilər! Bu xalqın əmlakını da özlərilə apardılar.
Ukrayna hadisələrinə toxunan İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Ukraynada da qərblilərin himayəsilə hakimiyyətə gələn bu ölkənin prezidenti qərblilərlə necə sərt ifadə tərzi ilə danışır.
İnqilab Rəhbəri Ərəbistandakı son edamları da dünyada zülm və zülmətin bir hissəsi adlandırıb və belə qeyd ediblər: Səksən nəfər gəncin və hətta yeniyetmənin boynunun vurulduğu Ərəbistanda baş verən bu hadisələr göstərir ki, dünyaya necə zülm və zülmət hakim kəsilib və dünya hansı qaniçən canavarların əlindədir.
Həzrət Ayətullahuluzma Xamenei insan hüquqlarının müdafiəçiləri iddiasında olan qərblilərin Ukrayna hadisələrindəki açıq-aşkar rasizminə də işarə ediblər: Ukraynada Qərbin irqçilik səhnəsini hamı görür; qaradərilini düşürmək üçün qatarı saxlayırlar və onların mediaları açıq şəkildə təəssüf edirlər ki, nə üçün bu dəfə müharibə Asiyanın qərbində baş verməyib! İrqçilik,/ ifadə etdikləri bu əyanilikdə özünü göstərir. Eyni zamanda, bir belə zülm və zülmət yaratmaqla insan hüquqları iddiası ilə də çıxış edirlər. Bu iddia ilə müstəqil ölkələrdən bac tələb edirlər və dünya xalqları bu səhnəni görürlər.