Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Arannews - "Report" xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqların gedişi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb” , - məlumatda bildirilir.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.