Dövlət Departamenti ABŞ-ın kritik infrastrukturuna kiberhücumlar təşkil etməkdə şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Qladkixin harada olduğu barədə məlumat verənə 10 milyon dollar mükafat elan edib.
aran: bu barədə Amerika Birləşmiş Ştatlarının diplomatik agentliyinin bəyanatında deyilir.
Dövlət Departamentinin məlumatına görə, şöhbət 2017 və 2018-ci illərdə həyata keçirilən geniş miqyaslı kiberhücumlardan gedir.
“ABŞ-ın kritik infrastrukturuna qarşı kiberhücumlarda iştiraka da daxil olduğu təsbit edilən kompüter fırıldaqçılığı və sui-istifadə aktı törədən Yevgeni Viktoroviç Qladkixin xarici hökumətin göstərişi və ya nəzarəti altında hərəkət edərək qanunun pozulmasına kömək edən, onu buna təşviq edən hər hansı digər şəxsin kimliyini və ya yerini müəyyən edərək məlumat verən şəxsə Dövlət Departamenti 10 milyon dollara qədər mükafat təklif edir”, - bu barədə Dövlət Departamentinin bəyanatında qeyd edilib.
Agentlik iddia edir ki, 2017-ci ilin may-sentyabr ayları arasında Qladkix “Rusiya Müdafiə Nazirliyinin aparıcı tədqiqat təşkilatının proqramçısı” kimi və onun bir sıra şərikləri ABŞ hüdudlarından kənarda yerləşən neft emalı zavodunun sistemlərini sındıraraq zərərli proqramlar təqdim ediblər.
İddialara görə, 2018-ci ilin fevral-iyul ayları arasında Qladkix və onun əlaltıları ABŞ-ın enerji sektorunun digər müəssisələrinə qarşı analoji əməliyyatlar həyata keçirib və “Amerika şirkətinin kompüter sistemlərini sındırmağa uğursuz cəhd ediblər”.