İran prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə göndərdiyi müraciətdə təbiət baharının gəlişi münasibətilə bu ölkənin xalqı və hökumətini təbrik edib.
Arannews :iran prezidentinin Azərbaycan Respublikasının prezidentinə ünvanlanan Novruz müraciətində deyilir: Ruh yüksəkliyi gətirən Novruzun gəlişi, təbiətin və torpağın yenidən canlanması və 1401-ci günəş ilinin gəlişi münasibətilə Zati-alinizi və ölkənizin əziz xalqını səmimi qəlbdən təbrik edirəm. Novruz dəyər yaradan sivilizasiyanın simvolu və təzahürüdür ki, onun kulminasiya nöqtəsi, Allaha ibadət, ailəsevərlik və sülh yaymaqdır.
Seyid İbrahim Rəisi Böyük Peyğəmbər(s.ə.s)-in bahara dair sözlərinə işarə ilə belə qeyd edib: Əziz İslam Peyğəmbəri (صلی الله علیه و آله الطاهرین و صحبه المنتجبین) buyurur: اذا رایتم الربیع فاکثروا فیها ذکر النشور- “Hər zaman baharı görəndə qiyaməti çox xatırlayın”. Yaranışın əzəməti barədə düşünmək və təbiətin dəyişilməsinə diqqət yetirmək, qəlbin oyanış mənbəyi, Allahın zikr edilməsi vasitəsi və bəşəriyyətin inkişafı və yüksəlişi üçün bir vasitədir.
Dünya xalqları üçün sülh və təhlükəsizlyin bərqərar olacağına ümid bəsləyən İran prezidenti bildirib: Ümid edirəm ki, yeni əsrdə yüksək ilahi və insani dəyərlərə doğru hərəkət daha artıq sürət alacaq, o diyarın bütün insanlarının ürəkləri və ruhları üçün Novruz kimi daha sevincli və xoşbəxt günlər, region xalqları üçün də daha çox asayiş və həmrəylik baş verəcək.
İran İslam Respublikası bu mədəni həmrəyliyin gücləndirilməsi və genişləndirilməsini bütün region və dünya ölkələri üçün sülh və asayiş müjdəçisi hesab edir,/ bu istiqamətdə öz səmimi dostluq əlini bütün ölkələrə tərəf uzadır.
Azərbaycan Respublikası prezidentinə ünvanlanan müraciətin yekun hissəsində deyilir: Allah-Taaladan Zati-alinizə cansağlığı və müvəffəqiyyət, dost və qardaş Azərbaycan Respublikasına xoşbəxtlik və başıucalıq diləyir, sizə xeyir və bərəkətlə bol bir il arzu edirəm.