Tarix : 2022 Mar 27
Kod 62385

Zakir Həsənov Şoyquya nə deyib...

Martın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında baş tutan telefon danışığının bəzi detalları məlum olub.

Bu barədə Arannews - Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlərin telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. 
Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

"Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib", - deyə nazirlikdən bildirilib.

  • Yazılıb
  • da (də) 2022 Mar 27
  • Göndərən جهان کمالی