Tarix : 2022 Mar 28
Kod 62387

Enrike Mora Tehranda Əmir Abdullahian ilə görüşüb

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Tehranda İranın xarici işlər naziri ilə görüşüb.

"Arannews :iRNA"nın məlumatına görə, Tehrana səfər etmiş Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini, eyni zamanda Avropa İttifaqının Vyana danışıqları üzrə koordinatoru Enrike Mora bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüıüb və onunla Vyana danışıqlarını müzakirə edib.
Bazar günü səhər Mora Vyana danışıqlarındakı son hadisələri müzakirə etmək üçün İranın yüksək səviyyəli müzakirəçisi Əli Baqeri Kani ilə də görüşüb.
Baqiri Kani İran İslam Respublikasının Vyanada razılaşmanın yekunlaşdırılması istiqamətində ciddiliyi və qətiyyətini vurğulayaraq, deyib: "Amerika tərəfi realist olsa, razılaşma əldə oluna bilər".
Enrike Mora, həmçinin digər ƏMTP tərəfləri ilə apardığı son məsləhətləşmələrə dair hesabat təqdim edib.
Bagheri və Mora yaxın günlərdə məsləhətləşmələri davam etdirəcəklər.
İranın yüksək səviyyəli diplomatı bazar günü səhər saatlarında bildirib ki, bir neçə vacib məsələ qaldığı halda razılaşma yaxındır.

  • Yazılıb
  • da (də) 2022 Mar 28
  • Göndərən جهان کمالی