Tarix : 2022 Mar 28
Kod 62388

Putin və Ərdoğan Ukrayna ilə bağlı razılığa GƏLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Arannews :Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirib.

Bundan əlavə, prezidentlər Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.

  • Yazılıb
  • da (də) 2022 Mar 28
  • Göndərən جهان کمالی