Tarix : 2022 Mar 28
Kod 62389

Azərbaycan Ordusu bölmələri mövqelərindən geri çəkilməyib

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Arannews :Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur”, – nazirlikdən bildirilib.

  • Yazılıb
  • da (də) 2022 Mar 28
  • Göndərən جهان کمالی