Tarix : 2022 Mar 29
Kod 62391

Azərbaycan Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır

Azərbaycan prezidenti İlham Əliyev müharibə dövründə Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır.

Arannews :Bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski özünün Twitter səhifəsində yazıb.
“Azərbaycan prezidenti ilə danışıqlar apardım. Dinc əhaliyə yeni zərbələr barədə məlumat verdim. Dərhal yaşıl dəhlizlərin açılmasının vacibliyini müzakirə etdik. Humanitar köməyə və əkin üçün yanacaq verməyə hazır olduğuna görə təşəkkür etdim”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Ukraynaya neft və neft məhsulları ilə kömək edəcəyi barədə məlumat verilib.

  • Yazılıb
  • da (də) 2022 Mar 29
  • Göndərən جهان کمالی