“Rusiya öz qüvvələrini Kiyevin kənarından çıxarmağa başlayıb”. Bu barədə CNN telekanalı bildirib.
Arannews :məlumatına görə, Rusiya qüvvələri Kiyev kənarından geri çəkilməyə başlayıb, diqqətini Ukraynanın cənubu və şərqində əldə edilmiş mövqelərə cəmləşdirir.
Bununla yanaşı, hərbi əməliyyatların havadan davam etdiriləcəyi bildirilir.
Bundan əvvəl Rusiya KİV-i Moskva tərəfindən müharibənin deeskalasiyası üçün iki addım, o cümlədən Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat yaymışdı.
Qeyd edək ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların birinci raundu keçirilib. Ukrayna yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edir.